İranın Kirman şəhərində yerli vaxtla saat 16:23-də zəlzələ baş verib. İran mətbuatının verdiyi məlumata görə, zəlzələ Rixter cədvəli üzrə 5 bal gücündə olub.
Nəticədə şəhərin mobil rabitə xidmətində problem yaranıb.
Güclü zəlzələ əhalinin küçələrə axışmasına səbəb olub. Hələlik ölən və yaralananlar barədə məlumat verilməyib.