Xoşbəxtlik üçün seçilmiş ən yaxşı 1000 söz:
Xoşbəxtlik elə nisbi, elə dərin bir mövzudur ki, fərqli bucaqlardan çox şey söyləmək mümkündür. Məhz "Xoşbəxtlik Dərmanlar" adlı kitab seçilmiş ən yaxşı 1000 sözü bir kitabda birləşdirəcək.
"Xoşbəxtlik Dərmanları", xoşbəxtlik haqqında deyilmiş ən gözəl sözləri bir yerə gətirmk məqsədi ilə hazırlanmış kitabdır. İçində alimlərdən tutmuş filosoflara kimi, sənətçidən tutmuş yazıçılara kimi, bir çoxlarının qələmə aldığı xoşbəxtliyə dair, aforizm və sözlər var. "Xoşbəxtlik Dərmanları" kitabı insanın xoşbəxtliyə gedən yolda başına gələnləri izah edən roman deyil. Kitabın içində 1000 söz var və bu sözlər xoşbəxtlik haqqında istiqamətləndirici fikirləri təqdim edir...
Kitabın içində yer alan sözlərdən bəziləri...
"Tərk etməyi öyrən. Xoşbəxtliyin açarı budur" (Buda)
"Xoşbəxtliyin mümkün olduğuna inan ki, xoşbəxt ola biləsən" (Tolstoy)
"İnsanın istədiyi şeyə sahib olması böyük bir xoşbəxtlikdir, amma sahib olduğundan daha çoxunu istəməmək daha böyük bir xoşbəxtlikdir" (Menedemus)
''Nədir xoşbəxtlik?" - soruşsalar, "Ölümü unutduğunu xatırla" - deyə cavab verin" (Əhməd Altan)
"Bizlər xoşbəxt olduğumuz üçün gülümsəmirik, gülümsədiyimiz üçün xoşbəxt oluruq" (William Ceyms)
"Xoşbəxt insan, heç bir zaman xoşbəxtliyə doymaz" (Heredot)
"Sizi şirin edəcək qədər xoşbəxtliyiniz olsun, güclü edəcək qədər təcrübəniz, insan edəcək qədər kədəriniz və sizi xoşbəxt etməyə çatacaq qədər ümidiniz olsun" (Konfutsi)
"Bir anlıq hirsliliyinin qarşısını alsan, yüz gündəlik kədərdən xilas olarsan" (Çin atalar sözü)
"Qışdı, yazdı, bilmirsənsə, xoşbəxtsən deməkdir" (Anton Çexov)
"Payına düşənlə xoşbəxt olan yoxsul bir adam, öz payına şükür edən zəngindən daha xoşbəxtdir" (Dennis Prager)
"Xoşbəxtlik bir həzz deyil, xarakterdir." (Prof. Dr. Əhməd İnam)
"Çox xoşbəxt olmadığımıza görə xoşbəxtdik" (William Şekspir)
Kitabı payız aylarında kitab akademiyalarında təqdim olunacaq.