İsrail Əl-Aksa məscidinin yaxınlığında sinaqoq tikəcək

3 Dekabr 2012 11:48 (UTC+04:00)

İsrail Əl-Aksa məscidinin yanında "İsrailin Mirvarisi" adlı 3-cü və ən nəhəng sinaqoq tikmək niyyətindədir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Əl-Aksa Vəkfi və Miras Fondundan məlumat verilib.Sinaqoq Əl-Aksa məscidindən 200 metr qərbdə tikiləcək. Bu layihənin tikilmə səbəbi köhnə sinaqoqun bərpası olub. Son illər ərzində bu, həmin ərazidə dağılmış islam müqəddəs abidələrinin qalıqlarının yerində tikilən artıq üçüncü sinaqoqdur.

Elvin Abdulqədirov