Bunları bilirsinizmi?
- Əgər qadın gəzərkən qarşısına günəşdən qızmış çınqıl çıxarsa, o, çınqılın üzərindən barmaqlarının ucunda keçəcək. Kişi isə bu halda dabanlarını yerə basardı.
- Qadın əsnəyəndə ağzını ovucu ilə, kişi isə yumruğu ilə tutur.
- Qadını kimsə çağıranda, o yalnız başını çevirir. Kişi isə gövdəsini də döndərir, çünki kişilərin boynu daha yoğundur və o həmişə xoşagəlməzliklərlə üzləşə bilər.
- Qadınlar xarici dil öyrənməyə meyillidirlər, daha doğrusu, bu onlara daha asan müyəssər olur. Ümumiyyətlə, statistikaya görə, qadınlar daha savadlı və sürətli danışırlar.
- Qadın heç vaxt futbolkasını kürəyindən yapışıb çıxarmır.
- Qadın heç vaxt boynunun ardını qaşımır, çünki çaşqınlığını nümayiş etdirmək istəmir və üstəlik, bu onun saç düzümünü poza bilər.
- Əgər qadından əllərini göstərməyi xahiş etsən, yəqin ki, o, qüsursuz manikürünü göstərmək üçün ovucları aşağı əyəcək. Kişilər isə bu halda açıq ovuclarını irəli uzadırlar.
- Statistikaya görə, qadınlar kişilərdən 5 il çox yaşayır.
- Təcrübə göstərir ki, qadınlar daha yaxşı sürücüdürlər. Əlbəttə, onlar da qəzaya düşürlər, amma bu qəzalar o qədər də ağır olmur. Kişilər isə, sürəti sevirlər və yol qaydalarını daha tez-tez pozurlar.
- Qadınlar güclü ağrılara kişilərdən daha dözümlüdürlər.
- Əgər qadın təsadüfən barmağını çəkiclə əzirsə, kişilərdən fərqli olaraq, senzuradan kənar sözlər işlətmirlər.
- Alimlər bu qənaətə gəliblər ki, qadınlar daha səbrli və diqqətlidirlər və illər keçdikcə də, bu keyfiyyətlərini itirmirlər.
- Ən yüksək IQ göstəricisi olan qadın (196-dır) Merlin Maç Vos Svantdır.
- Maraqlıdır ki, qadınların 24 faizi "dünyaya kişi kimi gəlmək istəyərdim" deyir.
- İspaniyalı 67 yaşlı qadın əkiz uşaq doğmaqla Ginnesin Rekordlar Kitabına düşüb.
- Müntəzəm olaraq dodaq boyasından istifadə edən qadınlar ömür boyu 2 kiloqram dodaq boyası yeyirlər.
- Qadın geyinərkən birinci köynəyi seçir, kişilər isə, geyinməyə əvvəlcə şalvardan başlayırlar.
- Əgər qadın yumruq vurmağa cəhd göstərirsə, bir qayda olaraq, böyük barmağı irəli çıxır.
- Əgər yaş paltarı sıxmaq lazım gəlirsə, qadın bunun üçün ovuclarını yuxarı qaldırır, kişi isə əksinə, ovuclarını aşağı açır.