Polisi maşınla vuran qadın imiş TAPILDI

23 Noyabr 2012 22:56 (UTC+04:00)

Bakıda öpüşənlərə mane olan polisi maşınla vuran qadın imiş

Bakıda polisi maşınla vuran sürücünün kimliyi məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 19-u saat 20:15 radələrində, Dağüstü parkda polis serjantı Babayev Aqşin Murad oğlu "Kia Rio" markalı avtomobillə vurulub.

Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşı Aqşin Babayevin Sumqayıt şəhər sakini Leyla İsakovanın idarə etdiyi "KİA-Rio" markalı avtomaşınla vurulması müəyyən edilib.