Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti Sür@ ticarət nişanı adı altında öz müştərilərinə ən mükəmməl 3G mobil internet xidmətləri göstərməkdədir.
Bakcell Yeni İl ərəfəsində öz abonentlərini sevindirməkdə davam edir! ƏlaCİN abonentlərinə 10 saat danışıq vaxtını tamamilə pulsuz təqdim edən yeni kampaniya Bakcell tərəfindən rəsmi olaraq elan edilib. Bu tamamilə misilsiz və pulsuz bir kampaniyadır!
ƏlaCİN tarif paketindən istifadə edən Bakcell abonentləri 5568 nömrəsinə boş SMS göndərib öz bonuslarını əldə edə bilərlər. Kampaniyaya qoşulmuş hər bir ƏlaCİN abonenti, 10 ədəd bir saatlıq şəbəkədaxili zəngə malik olacaq və pulsuz danışıqlardan yararlanacaqdır.
Bonus hər ay verilir və kampaniyanın sonuna qədər, yəni 31 Yanvar 2013-cü il tarixinədək qüvvədə olacaqdır.
^^^
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər