Azərbaycanın xalq artisti mərhum Yaşar Nuriyevin həyat yoldaşı Rəhimə Nuriyeva ərinin öləcəyini hiss etdiyini deyib. SİA-ya açıqlama verən Rəhimə xanım Yaşar müəllimin səhər saatlarında dünyasını dəyişdiyini söyləyib: "Xəstəxanadan mənə zəng etdilər ki, artıq həyat yoldaşım vəfat edib. Ölümündən bir neçə saat əvvəl yanında olmuşdum, söhbət eləmişik. Hər şey yaxşı idi. Yaşar müəllimin ölümündən bir neçə saat əvvəl hiss etdim ki, ona nəsə olacaq. Özünü güclü hesab etsə də, elə deyildi. Biz ailəsi olaraq ona çox qayğı göstərirdik. Nə qədər kömək etsək də, Allah onu bizim əlimizdən aldı. Ancaq o həmişə bizimlə yaşayacaq".
Foto: Türkan Məmmədli