20 ilin keşməkeşli, dərəli təpəli, çətinlik yollarını əzmlə aşmağa müvəffəq olmuş Yeni Azərbaycan Partiyasının bu il növbəti möhtəşəm yubiley tarixini yaşaması məhz 20 ildir ki, hakimiyyət hərisliyi ilə alışıb-yanan, dağılıb-parçalanan müxalifət liedrlərinin korlaşmış, görmə qabiliyyətini itirmiş gözərinə sanki yanar köz basır. Və həmin yanar közün çırtıltısı-pırtıltısı artdıqca həmin köz ölgünləşir, soyuq kömürə çevrilir. Çünki üzləri xalq qarşısında qara olan müxalifət liderlərinin başqa rəngləri də yoxdur. Onlar qaradırlar, kömür kimi qap-qara...
YÜNGÜLLÜKLƏRİ İLƏ AĞIRLIĞA TAB GƏTİRƏ BİLMƏYƏNLƏR
Və nədənsə, Azərbaycana düşmən kəsilən, bəli, məhz düşmən kəsilən kömür kimi qara qüvvələr ağızlarından düşən hər bir kəlmələrində, hər bir ifadələrində "YAP nə etdi ki, Azərbaycan üçün, xalq üçün?" tipli YEKƏBAŞ-YEKƏBAŞ, mənasız suallar yağdırırlar. Bu gün müxalifət liderlərinin təhkimlərində olan mətbuat səhifələrində onların diqtəsi altında yazarlıq deyil, YOZARLIQ edən azyaşlı qələmkeşlər və mirzəciklər tayfaları guya dünyanın müxtəlif filosoflarndan, ya da ictimai-siyasi xadimlərindən sitatlar gətirərək öz köşə yazılarının ora-burasını bəzəyib-düzəyirlər: - Dahi rus yazarı filankəsovski belə demişdi, qədim çin filosofu fi-lan-kəs də elə ifadə etmişdi...
Çevir tatı-vur tatı prinsipindən o tərəfə keçə bilməyən müxalifət köşədarlarının ağıllarına da gəlmir ki, YAP kimi nəhəng partiya zərurətdən yaranarkən, onların əksəriyyəti "Malış" smesi yeyib, üstündən də əmzik əmərək, Allahlarına şükr edirdilər. Yəni ən azından, onların bu barədə qələt yemələri yersizdir. Çox yersizdir! Çünki YAP yarananda onların (müxalifət köşədarlarının-R.) yaşları bir-ikidən o tərəfə keçmirdi. Ona görə də yaşları qədər ... yesələr daha yaxşı olardı. Qaldı ki, onların verdikləri sərsəm suala belə bir cavab(lar) verəcəyəm. YAP Azərbaycan xalqı üçün əsl, həqiqi müstəqillik və azadlıq gətirdi. YAP yeganə partiyalardandır ki, yarandığı dövrdən az müddət sonra, yəni bir il ərzində müxalifət düşərgəsindən iqtidara gəldi. YAP-ın yaranması Azərbaycan xalqının dəstəyi nəticəsində baş verdi. YAP xalqın partiyasıdır. YAP Azərbaycanı AXC-Müsvat kimi xəyanətkar cütlüklərdən, satılmaqdan, parçalanmaqdan, məhv olmaqdan qorudu, hifz etdi. 20 il öncəki İsa Qəmbər, Əli Kərimli elə 20 il sonra da dəyişilməz qalaraq, müxalifətdəki MƏNASIZ ömür səhifələrini vərəqləməklə məşğuldurlar. YAP öz gücü və qüdrəti ilə, xalqına güvənib, bu kimi xəyanətkarların hakimiyyətə gələrək yenidən Azərbaycanı didib-parçalamalarına, imkan vermir, verməyəcək də! BAX BUDUR YAP, hörmətsiz müxalifət mirzəciklərinin bədbəxt liderləri!!!
HƏYATA DAHA REAL BAXMAQ LAZIMDIR
Yoxsa Azərbaycanı gah filan ölkə, gah da behməkan ölkə ilə haqsız müqayisə edərək binəva liderləri qarşısında beş-üç dollara görə xotuqlanmağa başqa cür ad da vermə mümkün deyil. Müxalifət köşədarları lüğtlərdə axtarıb-tapdıqları əndrəbadi ifaələri yazmaqdansa, dahi filosovların kəlamlarının ucundan tutub, ucuzluqlara qədər getməkdənsə, Müsavat, AXCP kimi xəyanətkar partiyaların fəaliyyətlərini dəstəkləməkdənsə, öz haylarına qalsınlar. Hər kəs bilir ki, boş-boş guruldamaqdan heç nə çıxmayacaq. Hətta satıldıqları xarici ağaları da əslində belə guruldamaqlara fikir vermirlər. Ayrı-ayrılıqda AXCP-ni və Müsavatı "Azərbaycanın xilaskarı", ölkəni guya demokratiyaya, azadlığa və demokratiyaya qovuşduran alternativsiz qüvvələr adlandıran mirzəciklər boş-boş eyforiyalara qapılmaqdan başqa heç nə edə biılmirlər. Və müxalifətin işlətdiyi bu kimi ifadələr illərdir ki, xalqın baç-beynini aparıb. Çünki bunlar öz yüngüllükləri ilə YAP-ın həqiqi ağırlığına tap gətirə bilmirlər.
İllərdir ki, ha bugün, ha sabah, ha birigün, ha indicə bu saat hakimiyyətə gələcəyik deyə özlərinə toxdaqlıq verən xain qüvvələr hələ də gəlirlər ki, gəlirlər. Adama deyərlər ki, siz nə demokratiyadan istifadə edərək hakimiyyətə gələ bildiniz, nə də dağıdıcılıq yolu ilə iqtidara yiyələnə bildiniz. Yəni nə o yolla, nə də bu yolla heç bir zad etməyə gücünüz, qüdrətiniz çatmadı. İndi boş-boş çərənləyib YAP-a qısqanc nəzərlərlə baxıb, həzmetməzlik nümayiş etdirməkdənsə, məncə, həyata daha real, daha açıq gözlə baxmağı bacarmaq lazımdır. Bacarmırsınızsa, onda necə deyərlər, BB! Yəni basın bayıra!