“URUS”-UN DADLI “POPOSU”

21 Noyabr 2012 17:33 (UTC+04:00)

Əli Kərimli və İsa Qəmbərin müştərək tarixi kəlamlarından siyasi çıxarış: "Fərqi nədir, ya Qərbinki olsun, ya da Şimalınkı, ikisininki də eyniadlı və eynidadlıdır"

İllərdir ki, bəzi Qərb siyasi dairələrinin qarşısında diz çöküb umacaq uman, həmin dairələrdə başbilənlərin gündəyməzliklərinə dəsmal çəkən cəbhəkratçı liderlərin anidən səmtlərini dəyişmələri, özü-özlüyündə çoxlu suallar yaratmağa başlayıb. Suallar yaratmağa başlayıb ki, görəsən, nəyə görə bu günə qədər Qərb siyasi dairə başbilənlərinin filan yerlərinə dəsmallar çəkən cənhəkrat liderlər birdən-birə üzlərini Şimala tərəf çevirdilər? Axı bugünə qədər atdıqları hər bir addımlarında məhz Qərb siyasi dairələrinin başbilənləri ilə məsləhətləşiblər. Bir də ki, bunlara qrantlar ayırıb, maliyyə donorluqları edən Qərb dairələrinin gündəyməzləri bunlar üçün daha şirin və dadlı idi. İndi nə oldu ki, Şimal Qərbdən daha dadlı oldu?

ƏSAS MƏSƏLƏ DƏ BUNDADIR!

Yəqin ki, sualın cavabını axtarmağa çox da vaxt sərf etmək lazım deyil. Bilirisinizmi niyə? Ona görə ki, həmin sualın cavabı düz gözümüzün qabağındadır. Belə ki, icazəsiz aksiyalarda iştirak edənlərin cərimələri artırıldıqdan sonra Qərb başbilənləri dərhal cəbhəkrat liderlərinə dedilər ki, əşşi, çəkin dəsmallarınızı bizim filan yerlərimizdən, bizim sizə daha verəcəyimiz qalmadı! Bax, elə əsas məsələ də bundadır! Məsələ bundadır ki, vaxtilə Şimal tərəfə qıyqacı baxan "milli demokratik mücadiləçilərin" liderlərinin yadlarına "URUS" POPOSU DÜŞDÜ. Ancaq Qərbdən fərqli olaraq, onların məqsədləri dəsmallamaq deyil, bilavasitə "urus" "poposu"-ndan qəşşəng, səsi kürreyi-aləmi götürəcək qədər güclü, "zasoslu" maç eləmək düşdü. Axı buna da bir nədən var idi. Həmin nədəni isə onlara Söyün Sadıxov verdi. Özü də Rüstəm İbrahimbəyovun yardımı ilə. Dedi ki, əgər cəbhəkrat liderlər Qərbin siyasi dairələrindən əl çəkib, "urus" siyasi dairələrinin "popolarını" davamlı və mütəmadi qaydada maç-muç etsələr, S.Sadıxov R.İbrahimbəyovun əli ilə onlara pul-para göndərəcək. Həmin pul-pralarla da istədikləri qədər icazəsiz mitinqlər, aksiyalar, küçə yürüşləri, piketlər keçirə bilərlər.

HEÇ BİR FƏRQİ-FİLANI YOXDUR

Bəs nə bilmişdiniz? Məgər "İctimai Palata"-nın üzləridönük cəbhəkrat liderləri dekabrın 10-da keçirəcəkləri növbəti icazəsiz aksiya qərarlarını elə-belə, göydənmi verdilər? Əlbəttə ki, Rusiyada yaradılmış və məqsədləri bəlli olan qurumun tövsiyyəsi və təklifi olmasaydı, cəbhəkrat liderlər nəinki mitinq, heç iclas da keçirə bilməzdilər. Görünür "urus" "poposu" Qərbinkindən daha dadlı çıxdı. Ona görə də üzlərini çevirdilər Şimala tərəf.

Yəni hörmətli oxucular, mən bütün bunları – yəni cəbhəkrat liderlərin Qərbdən Şimala köç etmə vəziyyətlərini təsdiq və sübut etmək üçün, özümü oda-közə vuraraq, dolayısı yollar axtarmaq fikrində də deyiləm. Təkcə bunların qəzetlətinə, saytlarına nəzər salmaq kifayət edər ki, cəbhəkrat kiderlərin sözügedən "urus" "poposuna" məhəbbətlərini görmüş olasınız. Sabah həmin marça-marçlar daha da arta bilər. Hətta elə arta bilər ki, "urus"-un "poposu" dila açıb inləyər ki, sluşayte, xvatit stolkoqo podxolimstva, mesto vaşeqo potseluya uje bolno stanovitsya! (əşşi, bəsdir bu qədər yaltaqlıq etdiniz, maç elədiyiniz yer artıq ağrımağa başlayıb! –R.)

Görəsən, onda həmin cəbhəktar liderləri siyasi qütbün hansı səmtinə üz çevirəcəklər? Dəsmalla, ya da maçla, çünki onlar üçün heç bir fərqi-filanı yoxdur.