Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində AZAL-la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu məşqlərini davam etdirir. Siasport.az saytının məlumatına görə, Bayıl stadionunda hazırlaşan komandanın heyətində bəzi itkilər var. Belə ki, Murad Hüseynovla Murad Doymuş son məşqdə fərdi hazırlıqla kifayətləniblər. "Portu"nun düşərgəsində baxışda olan Orxan Əliyevin isə cümə günü komandaya qoşulacağı gözlənilir. Milli komandanın heyətində Şimali İrlandiya ilə keçirilmiş görüşdə barmağı sınan Səlahət Ağayev məşqlərə başlayıb. Ötən turdan cəza səbəbindən iştirak edə bilməyən Murad Ağayev də artıq kiçik zədəsini sağaldaraq komandaya qoşulub.