Futbol üzrə Fransa çempionatında uğursuz çıxışını davam etdirən "Olimpik Marsel", daha bir ciddi zədə alıb. Siasport.az saytı xəbər verir ki, bazar günü çempionat qarşılaşmasında "Bordo" ilə görüşdə zədə alan Valbuena, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İstanbulun "Fənərbaxça" futbol klubu ilə öz meydanında keçirəcəyi görüşdə komandasına kömək edə bilməyəcək. Fransız klubunun həkimləri, futbolçunun ən azı 2 həftəyə qədər yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.