Azərbaycan estradasının tanınmış müğənnisi Xuraman Şuşalı şəxsi həyatından danışıb. Telekanalda yayımlanan verilişlərin birində qonaq qismində iştirak edən müğənni qaynanasından söz açaraq ondan razı olduğunu bildirib: "Allaha şükürlər olsun ki, qaynanamdan çox razıyam. Hələ ki, aramızda heç bir narazılıq olmayıb. Bir sözlə, hər şey öz qaydasındadır. İnanıram ki, bundan sonra da yaxşı olacaq".