"Bakı" çox gözəl oyun göstərdi, layiqli qələbə qazandı". Siasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Karles Bakes Topaz Premyer Liqasında 13-cü turun "Bakı" - "Xəzər Lənkəran" (2:0) matçından sonra deyib. O, komandasında qələbəyə inam olmadığını qeyd edib: "Azərbaycan çempionatının bir çox oyunlarını izləmişəm. Bəzi konsepsiyaları futbolçulara iki günə başa salmaq çətindir. Komandada son dəqiqələrə kimi qələbəyə inam olmalıdır, bizdə isə əksinə idi".