Qlobal böhran Almaniyanı da sarsıdır. Almaniya hələ də Avro Bölgəsinin ən böyüyü olsa da, borc böhranının təsirləri özünü büruzə verir. Avropa Birliyinin lokomotivi Almaniyada işlər heç də yaxşı getmir. Hətta mövcud rəqəmlər rifah ölkəsi Almaniyada hər beş adamdan birinin ya yoxsul, ya da yoxsulluq həddində yaşadığı faktını ortaya qoyur.
Alman mətbuatının geniş yer verdiyi xəbərə görə, Federal Statistika Xidmətinin 2011-ci ili əhatə edən bir hesabatında Almaniyadakı yoxsulluq səviyyəsinin 19,9 faiz olduğunu açıqlayıb. Almaniyada aylıq gəliri 952 avro və onun altında olanlar yoxsul sayılır. Almaniyada 12,8 milyon insan, yəni əhalinin 15 faizi ayda 952 avrodan daha aşağı gəlirə sahibdir. Bundan başqa cəmiyyətin 5,3 faizini təşkil edən bir kəsim isə qismən də olsa yoxsulluğun bəzi əlamətlərinə sahibdir. Beləcə, Almaniyada əhalinin 20 faizi yoxsulluq riski altındadır.
Həftədə üç dəfədən çox isti yemək yeyənlər yoxsul sayılmır. Əgər vətəndaşın gəliri fakturaları ödəməyə çatırsa, yenə yoxsul hesab olunmur.
Amma Federal Statistika Xidmətinin məlumatına görə, ölkə əhalisinin 19,9 faiz hissəsi ayda 952 avrodan az gəlirə sahibdir, bir hissəsi də həftədə üç dəfədən az isti yemək yeyir. Eyni zamanda fakturalarını ödəyə bilmir. Lazım olduğunda elektron, məişət əşyası və ya telefon ala bilmir. Yaxud bunların bir qismini reallaşdıra bilmir. Almaniyanın Federal Statistika Xidmətinin hesabatında bildirilir ki, yoxsul əhalinin 21,3 faizini qadınlar 18,5 faizini kişilər təşkil edir.
Almaniyanın Maliyyə Nazirliyi 1992-ci ildən 2012-ci ilə qədər olan dövr ərzində ölkədə özəl kapitalın 4,6 trilyon avrodan 10 trilyon avroya qədər yüksəldiyini bildirmişdi. Ancaq nazirliyin eyni hesabatı ölkədə zəngin ilə yoxsul arasındakı uçurumun böyüdüyünə də diqqət çəkmişdi. Buna görə, ölkədəki ən zəngin 10 faizlik kəsim ölkədəki ümumi sərvətin 53 faizinə tək başına sahibdir.
Bu sıxıntılı vəziyyət yalnız əyalətlərdəki rəhbərliklər və ya Berlindəki federal hökumət üçün deyil, bütün Avropa üçün narahatedicidir. Bundan başqa Avropadakı borc böhranı və iqtisadi durğunluq Almaniyanın üzərindəki təzyiqi artıra bilər. Amma bu tabloya baxınca Almaniyanın önümüzdəki qısa bir vaxtda böhranla mübarizə tədbirlərində yeni yollar, variantlar tapmağa məcbur edə bilər.
Bu arada Ermənistan və Almaniya maliyyə sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq. "Armenia Today"in xəbərinə görə, sazişə əsasən Almaniya Ermənistana 75 milyon avro kredit və 4,5 milyon avro qrant verəcək.
Bundan başqa, Qafqazda mühafizə olunan ərazilərə dəstək proqramının maliyyələşdirilməsi də planlaşdırılır.
Qeyd edək ki, saziş imzalanması barədə razılıq maliyyə və texniki əməkdaşlıq üzrə Ermənistan-Almaniya Hökumətlərarası Komissiyasının İrəvanda keçirilən iclasında əldə olunub.
Maraqlıdır, görəsən Ermənistan nə vaxta qədər dilənçi kökündə, ianələr hesabına yaşayacaq? Rusiyadan, ABŞ-dan, diaspordan ümidini kəsən Ermənistan indi də Avropaya üz tutub. Avropanı isə etiraz dalğası bürüyüb. Birliyin 23 ölkəsində ümumavropa tətilləri elan edilib. Tətillərin əsas səbəbi kimi iqtisadi böhran göstərilir.
Əlqərəz, deyəsən bu gedişlə ermənilərin əl açacağı yerlər yavaş-yavaş tükənir.
"Arxalı köpək qurd basar" deyirlər. Bu köpəklərin arxası isə deyəsən...