Əvəzedici heyətlərin çempionatında 13-cü tura start verilib. Siasport.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. Paytaxtın "Neftçi" klubu Sumqayıtın eyniadlı komandasını qəbul edib. Qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada yeganə qolu Arif Vəliyev (d.46) vurub.