Berlusconi vəzifəsini qızına təhvil verəcək?

16 Noyabr 2012 09:58 (UTC+04:00)

İtaliyanın "Azadlıq Üçün Xalq Hərəkəti" partiyasında liderlik böhranı yaşayan keçmiş baş nazir Silvio Berluskoninin qızı Marinanı partiyanın sədri vəzifəsinə keçirmək istəməsi haqqında iddialar irəli sürülüb. "La Repubblica" qəzetinin məlumatına görə, Berluskoni yeni bir lider təəssüratı verən 46 yaşındakı Marina Berluskoninin partiyanın sədri vəzifəsinə təyin edəcək.

Berluskoni deyib ki: "Partiyanın mənim 1994-cü ildə olduğum kimi bir sədrə ehtiyacı var. Marina da eynilə o vaxtlarda olduğum kimidir".

Lakin Berluskoninin bu fikri partiya üzvləri tərəfindən narazılıqla qarşılanıb.