Sahə müvəkkili infarkt keçirdi

14 Noyabr 2012 14:53 (UTC+04:00)

Şirvanda sahə müvəkkili infarkt keçirərək ölüb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvanda polis şöbəsinin sahə müvəkkili mayor rütbəli Şamxalov Lazım Mirzəağa oğlu iş otağında qəflətən halı pişləşib və xəstəxanaya gətirilib. Lakin həkimlərin səyi polis zabitinin həyatını xilas edə bilməyib və dünyasını dəyişib. Həkimlər Lazım Şamxalovun infarkt keçirdiyini müəyyən ediblər.

İqbal Mikayılov