Millinin oyunu canlı yayımlanacaq

14 Noyabr 2012 14:56 (UTC+04:00)

2014-cü ildə Braziliyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Belfast şəhərində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunu AzTV və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq. Siasport.az saytının məlumatıına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.