Maradonanın kürəkəni Messinin oğluna hədiyyə hazırlayıb

13 Noyabr 2012 01:57 (UTC+04:00)

İngiltərənin "Mançester Siti" futbol klubunda forma geyən argentinalı futbolçi Serxio Aquero, "Barselona"da çıxış edən həmvətənlisi Leonel Messinin yenicə dünyaya gələn oğluna hədiyyə göndərib. Siasport.az saytı ispaniyanın "Marça" qəzetinə istinadən xəbər verir ki, "albiseleste"nin heyətində birlikdə oynayan iki futbolçunun fotoları Twitter-də yayılıb. "El Kun" ləqəbli Aquero "Barselona"nın ulduzu Messinin oğlu üçün xüsusi futbolka və tuman hazırlatdırıb. Futbolkanın üzərində Messinin oğlu Tyaqonun adı yazılıb. Aquero Twitter-dəki akkauntunda fotonu "Vədlər yerinə yetirilib" kəlmələriylə müşayiət edib.