“Azərbaycançılıq ideologiyası dünən, bu gün, sabah”

12 Noyabr 2012 18:51 (UTC+04:00)

Bu mövzuda müzakirələr keçirilib

Qusar, Quba və Xaçmaz rayonlarında "Azərbaycançılıq ideologiyası dünən, bu gün, sabah" mövzusunda müzakirələr keçirilib. SİA-nın məlumatına görə, tədbir Yeniləşən Azərbaycan Gəncliyi İctimai Birliyinin təşəbbüsü ilə reallaşıb.

Müzakirələrdə çıxış edən Yeniləşən Azərbaycan Gəncliyi İctimai Birliyinin icraçı katibi Etibar Əsədov, sosioloq-alim Əhməd Qəşəmoğlu və digərləri vurğulayıblar ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası milli-tarixi təkamülün istiqamətlərini müəyyənləşdirən unikal konsepsiyadır. Bunun Azərbaycanda milli dövlətçilik ideologiyasının yaranmasını və azərbaycanlıların vahid bir etnik-siyasi toplum kimi tanınmasını təmin edən ideologiya olduğu vurğulanıb.

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təbliği məqsədi ilə keçirilən tədbirdə 100-ə yaxın fəal gənc iştirak edib, mövzu ilə bağlı məruzə və fikirlər səsləndirilib.