Əsgərlər and içdi

12 Noyabr 2012 15:32 (UTC+04:00)

Beyləqanda yerləşən "N" saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, mərasimdə əsgər valideynləri də iştirak ediblər. Mərasimdə gənc əsgərlər vətənin keşiyində canla-başla duracaqlarına, yeri gəlsə canlarından belə keçəcəklərinə, komandirlərin əmrlərinə sözsüz tabe olacaqlarına təntənəli surətdə and içiblər. Gənc əsgərlər cəbhə bölgəsində xidmət etmənin nə qədər ağır olsa da, şərəfli olduğunu bildiriblər.

Mərasim çərçivəsində əsgərlər döyüş bacarıqlarını nümayiş etdiriblər.

Valideynlərdə bu gün üçün çox sevinirdilər. Əsgər anaları övladlarının hər zaman torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır olduğunu bildirdilər.

Daha sonra çıxış edən əsgərlər sədaqət andı içdikdən sonra Mübariz İbrahimov və digər Azərbaycanın qəhraman övladları kimi vətənə layiqli övlad olacaqlarını diqqətə çatdırıblar.

Şamxal Cəliloğlu