"Barselona" sensasiyaya imkan vermədi!

12 Noyabr 2012 14:55 (UTC+04:00)

Futbol üzrə İspaniya La Liqasında 11-ci turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, La Liqanın hazırkı lideri olan "Barselona" futbol klubu, səfərdə "Malyorka"nın qonağı olub. Katalon təmsilçisi zəif rəqibini 4:2 hesabı ilə məğlub edib. "Barselona"nın əzəli rəqibi olan "Real" isə "Levante"ni çətin də olsa 2:1 hesabı ilə məğlub edib. La Liqada 2-ci yerin sahibi olan Madrid "Atletiko"su isə öz meydanında "Xetafe" ilə münasibətlərinə aydınlıq gətirib. Arda Turan və Emre Belazoğlunun mıxış etdikləri komanda, rəqibini A.Turanın və Adrianın qollları ilə 2:0 hesabı ilə məğlub edib.