“Fransa münaqişənin həllinə maraqlıdır”

12 Noyabr 2012 13:17 (UTC+04:00)

"Fransa həmsədr ölkəsi olaraq münaqişənin tez bir zamanda həll olunmasına maraqlıdır" Bu sözləri jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib. Onun sözlərinə görə, Azərbaycan və Fransa münasibətləri bir-neçə aspektdən inkişaf edir: "Bu gün ona görə burdayam ki, inkişaf etməmiş müəyyən sahələrin də inkişafına yardımçı olum. Bildiyimə görə həmsədrlər bu ay Azərbaycan və Ermənistana gəlməlidirlər. Xatırladım ki, oktyabr ayının sonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü məhz Fransada keçirilib. Fransa münaqişənin həll olunmasına lazım olan dəstəyi verəcək".

Azərbaycan prezidenti İlham Əliyevin Fransa səfəri zamanı erməni lobbisinin orada bir-sıra aksiyalar keçirməyi haqda soruşduqda isə səfir bu barədə məlumatı olmadığını bildirib.

Xanım Nağıyeva