Bu gün Bakıda təhsil sərgisi keçirilib. SİA-nın verdiyi xəbərə görə, "Akare Education Fairs" -ın təşkilatçılığı ilə keçirilən cari ilin ən böyük sərgisində dünyanın 4 qitəsindən 100 universitet bir araya gəliblər. Təhsil sərgisində ABŞ, İngiltərə, BƏƏ, Litva, Türkiyə, Şimali Kipr və digər ölkələrin ali təhsil ocaqları iştirak ediblər.
2 gün davam edəcək təhsil sərgisində bir neçə məhşur universitetlər tərəfindən xaricdə təhsillə bağlı seminarlar təşkil olunub. Seminarlarda sərgi iştirakçıları ali təhsil ocaqları barəsində geniş məlumatlandırılıblar. Universitet nümayəndələri sərgi iştirakçılarına ali təhsil ocaqlarına qəbul güzəştləri və şərtləri haqqında məlumat verib.