Türkiyədə 42 PKK terrorçusu məhv edilib

10 Noyabr 2012 12:46 (UTC+04:00)

Türkiyə ordusu PKK terrorçularına qarşı əməliyyat keçirib. SİA-nın Türk mətbuatına istinadən verdiyi məlumata görə, ordu qüvvələrinin 3 gün ərzində Hakkari bölgəsində həyat keçirdiyi əməliyyatlarda 42 PKK terrorçusu məhv edilib.

Qeyd edək ki, əməliyyatlarda xüsusi təyinatlı birləşmələr, helikopter və hərbi təyyarələrdən istifadə edilib.