Nar Mobile sərgini ziyarət edənlərə çox xoş sürpriz edib. Mobil operator dünyada tanınmış "Samsung", "Huawei", "Apple" kimi brendlərinin yeni məhsullarında Nar Mobile-ın kampaniyaları, tarifləri, mobil imkanlarını sərgi iştirakçıları tərəfindən sınaqdan keçirməyə şərait yaradıb. Nar Mobile-dan SİA-ya verilən məlumata görə, Cənubi Koreyanı "Samsung" Şirkətinin "Tab", "Note", "Galaxy SII", "SIII", Cin Xalq Respublikasının Huawei Şirkətinin Planşet və Smartfonları, Amerika Birləşmiş Ştatlarının "Apple" şirkətinin isə kompyuter, Tab və telefonları qonaqların azad istifadəsinə verilib. Sərgi ziyarətçiləri Nar Mobile-ın təklif etdiyi xidmətləri yuxarıda qeyd olan brendlərin ən son modelləri vasitəsilə istifadədən çox məmnun qalıblar.
Qeyd edək ki, Nar Mobile mobile operatoru noyabr ayının 6-dan 9-dək "İteca Caspian" şirkətinin keçirdiyi "Bakutel-2012" 18-ci Azərbaycan Beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" sərgisində iştirak edir. Yeniliklərini və ən son nailiyyətlərini nümayiş etdirir.