"Şur" ansamblı YAP-ın 20 illiyi ilə bağlı möhtəşəm konsert verdi

7 Noyabr 2012 20:28 (UTC+04:00)

Bu gün Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Ağdam rayonunun məhşur "Şur" Çalğı Alətləri Ansamblının iştirakı ilə möhtəşəm muğam gecəsi keçirilib. SİA-nın əməkdaşının verdiyi məlumata görə, gecə ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının (YAP) 20 illik yubileyinə həsr olunub.

Tədbirdə YAP Sədrinin müavini, icra katibi Əli Əhmədov və partiyanın diğər rəhbər şəxsləri iştirak ediblər.