BİR QARA QƏPİKLİK “AZADLIQ”

7 Noyabr 2012 20:17 (UTC+04:00)

Əslində "Azadlıq" deyə adlandırılan sarı mətbuatın nəinki bir manatlıq, heç, bir qara qəpiklik də qiyməti yoxdur. Bunu özünə hörmət qoya biləcək hər kəs çox yaxşı dərk edir. Yəni mən burada xalq hərəkatı dövründə Nəcəf Nəcəfovun baş redaktoru olduğu "Azadlıq" qəzeti haqqında deyil, hazrıkı – Qənimət Zahidin baş redaktoru olduğu "Azadllıq"-dan söhbət açıram. Yaxın 20 illik tarixi unutmayan oxucular ortada olan dərin uçurum qədər fərqi yəqin ki, görürlər. Ona görə də mən burada Nəcəf Nəcəfov – Qənimət Zahid, yaxud, Əbülfəz Elçibəy – Əli Kərimli fərqi haqqında geniş təfsilatla çıxış etmək fikrindən vaz keçirəm. Necə deyərlər, dəryadakı balıq bilməsə də göydəki Xaliq bilir.

Nə isə, indi də keçirəm əsas mətləbə və mətləbimin məğzi odur ki, bu günün "Azadlıq" qəzeti ölkənin informasiya şəbəkəsinin sarı mətbuatı olmasıyla yanaşı, həm də üz qarasıdır. Hətta mən deyərdim, "Azadlıq" qəzeti artıq o qədər rənglər alıb-verib ki, başlanğıc simasından - birrəngliyindən, sayalığından əsər-əlamət belə qalmayıb. Sarısı desən sarı, qarası desən qara, mavisi də desən mavi. Əməlli başlı "rəngli" qəzetə çevrilib "Azadlıq". Qınanılası da deyil. Birilirsinizmi niyə? Ona görə ki, rəhmətlik Nəcəfovun baş redaktorluğu dövründə Qənimət Zahid restoranlarda, barlarda, saunalarda qeyri-millətdən olan fahişələrlə lüt üryan şəkil çəkdirərək həmin şəkilləri ictimailəşdirmirdi. Qəzetin keçmiş direktoru Azər Əhmədov kimiləri zərif cinsdən olan özbəöz qohumlarının irzinə-namusuna toxunaraq, ora-burasına dil atmırdı, Natiq Güləhmədoğlu kimiləri çörəkpulu qazandığı qəzetin üzərində ononizmlə məşğul olmurdu, nəhayət, Əli Kərimli kimi cinsi azlıq nümayəndəsi olan partiya sədri bilavasitə özünü müstəqil qəzet adlandıran mətbu orqana ("Azadlıq"-a –R.) gizli baş redaktorluq etmirdi. Yəni o zamanın "Azadlıq" qəzeti, indiki "Azadlıq" kimi binamusuq, bişərəflik və biqeyrətçiliklərlə məşğul olmağa ar edirdi. Ən azından, müxalifət qəzeti olmaqla yanaşı, mental dəyərlərə hörmət qoymağı bacarıdı.

Amma indi! İndi hər şey bam-başqadır. Rəhmətlik N.Nəcəfov haqq dünyasında "Azadlıq"-da "yazanları", "yazılanları" görür və rahat uyuya bilmir. Elə rəhmətlik Elçibəy də onun kimi. Çünki indikilər qəzetin iflasını öz əlləri, öz əməlləri və öz "ağılları" ilə təmin ediblər. Təmin ediblər və başlayıblar bar-bar bağırmağa ki, bəs qoymayın, amandı, "Azadlıq" qəzeti bağlanır, qəzetin bank hesabına həbs qoyulub və s (?!-R.). Nəticədə ömüründə bir dəfə də olsun xeyriyyəçilik etməyən "Azadlıq" dilənçilik edərək, camaatdan yığılacaq pullarla "xeyriyyəşilk kampaniyası" keçirtmək fikrinə düşüb.

Gəlin məsələyə daha dəqiq yanaşaq. Bildiyimiz kimi, "Azadlıq"-ın qara-qura işlərindən biri də tanınmış iş adamlarını və digər fəal ictimaiyyətçi insanları şantaj etməkdən ibarət olub. Belə şantajlardan biri də adını açıqlamaq istəmədiyim tanınmış bir iş adımna qarşı yönəlib. Artıq uzun müddətdir ki, verildiyi məhkəmədə "suçsuzluğunu" sübut etmək istəyən "Azadlıq" qəzeti nəticədə həmin işi uduzub və 4 000 (dörd min –R.) manatlıq cəriməyə məruz qalıb. Tanınmış iş adamı isə ona ödəniləcək təzminatın Buzovna qəsəbəsindəki Ruhi-Əsəb-Əlil Qocalar Evinin hesabına köçürüləcəyini istəyib. Görünür, "Azadlıq"-a sərt sillə təki dəyən bu istək qəzet rəhbərliyinə ciddi təsir edib və onlar növbəti sərt sillədən yaxa qurtarmaq üçün başlayıblar ona-buna əl açmağa. Yəni azsaylı oxucularından pul toplamaq kampaniyasına. Maraqlıdır, bəyəm "Azadlıq" qəzetinin 4 000 manatı yoxdur? Axı necə ola bilər ki, hər il İngiltərədə təhsil alan oğluna 180 000 dollar təhsilhaqqı (Mən hələ burada digər eyş-işrət ödənilərini demirəm –R.) göndərən, arvadağasına Fransada parfümeriya butikləri açan, Azərbaycanda dərman ticarəti ilə məşğul olan, Bakı kəndlərinin birində bir neçə yüz minlik iqamətgah alan AXCP sədri Ə.Kərimlinin 4 000 manatı olmasın və o, həmin məbləği öz cibindən ödəməsin?! Axı nəyə görə, "Azadlıq"-ın yediyi zibillərin pulunu həmin qəzetin oxucuları ödəməlidir?! Məgər həmin zibillər yeyilərkən, "Azadlıq" öz oxucuları ilə sazişmi bağlamışdı?! Axı nə üçün, uzun müddət Fransada erməni lobbisinin qucağında mühacirət həyatı yaşayarkən, dəyəri 1000 dollarlıq fransız şərablarını həzmi-rabeədən keçirən baş redaktor Q.Zahid indi həmin şərabların dörd dənəsinin pulunu təzminata xərcləmək istəmir?! Məgər Q.Zahid və Ə.Kərimli özünün türmə jarqonu ilə desək bu qədər "krısadırlar"?! Məsələ də bundadır. Məslə bundadır ki, nəinki bir manatlıq, hətta bir qara qəpiklik qiyməti olmayan "Azadlıq" qəzetinin yediyi zibilin bahasını oxucularına ödətməyə heç bir haqqı yoxdur. Bir də ki, ay dəyuslar, əgər zibili yeyə bilməyəcəkdinizsə, niyə ona tamah salırdınız axı?