"Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsi layihəsi müasir çağırışlara cavab verir və əhalinin rifahı üçün maliyyə təminatı yaradır". SİA-nın məlumatına görə, bunu Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov 2013-cü il və sonrakı üç il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisin beş komitəsinin birgə iclasında müzakirəsi zamanı bildirib.
"İlk dəfə olaraq dövlət büdcəsinin xərcləri 25 milyard dollardan yüksək səviyyədə proqnozlaşdırılır ki, bu da rekord göstəricidir", - Əsədov bildirib.