"Baş nazirin mövqeyi bizi narahat edir"

6 Noyabr 2012 14:18 (UTC+04:00)

"Gürcüstanın yeni baş naziri Bidzina İvanaşvilinin son günlər verdiyi açıqlamalar, əsasən tələb xarakteri daşıyır. Biz adıçəkilən dövlətə 145 milyon ABŞ dolları məbləğində qaz veririk". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu söyləyib.

Siyasi şərhçinin sözlərinə görə, buna baxmayaraq Gürcüstanın Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişməsi bizləri daha çox narahat edir: "Azərbaycan Gürcüstanın daxilində bir investordur. Əgər biz adıçəkilən dövlətə qazın ixracını dayandırsaydıq, onda Gürcütsan öz hərəkətlərinə haqq qazandıraraq Ermənistan dövləti ilə birləşib DQ-nın işğalını tezləşdirəcəkdi. Azərbaycan dövləti öz sərvətinə görə indiyədək ölkə xaricində heç bir korrupsiyaya meyl etməyib".