"2013-cü ilin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı İqtisadi İnkişaf Nazirliyinin hazırladığı 2013-2016-cı illər üzrə AR-nın makro- iqtisadi praqnoz göstəriciləri, o cümlədən gələn ilin ümumdaxili məhsulun 5,3 %-nin, qeyri- neft ÜDM-un isə 11,7 %-nin artım sürəti əsas götürülüb". SİA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, dövlət büdcəsinin gəlirlərinin əsas hissəsini təşkil edən neft gəlirlərinin hesablanmasında bir barel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilib: "2013-cü ilin dövlət büdcəsinin gəlirləri ÜDM-un 34,2 %-i həcmində olacaq ki, bu da 2012-ci illə müqayisədə 1 % çox deməkdir".
Gələn ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 154 milyon manat və ya 2012-ci ilin praqnozuna nisbətən 12,4 %, keçən ilin faktiki icrasına nisbətən isə 22 % çox nəzərdə tutulur.
Maliyyə naziri onu da vurğulayıb ki, Vergilər nazirliyi tərəfindən 2013-cü ildə dövlət büdcəsinə 6 milyard 400 milyon manatın daxil olması nəzərdə tutulub ki, bu da 2012-ci ilin göstəricilərinə nisbətən 8,3 % və yaxud 488,4 milyon manat çox daxilolmalar nəzərdə tutulub. keçən ilin faktiki icrasına nisbətən isə 17 % çox deməkdir.
Gömrük komitəsi xətti üzrə isə 2013-cü ilin dövlət büdcəsinə 1 milyard 380 milyon manat gəlirlərin verilməsi praqnozlaşdırılır. Bu da cari illə müqayisədə 5 % çoxdur. keçən ilin faktiki icrasına nisbətən isə 20,9 % artıqdır. Dövlət Neft Fondunun dövlət büdcəsinə tranferi 11 milyard 350 milyon manat məbləğində hesablanıb. Keçən illə müqayisədə 1 milyard 445 milyon manat çoxdur.
"Gələn il dövlət büdcəsinin xərcləri 19 milyard 810 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da bu ilə nisbətən 12, 1 % çoxdur. keçən ilin faktiki icrasına nisbətən isə 28,7 % çox deməkdir", - deyə o əlavə edib.