Hulkun bacısını Braziliyada qaçırdılar!

6 Noyabr 2012 13:15 (UTC+04:00)

60 milyon avro müqabilində "Porto"dan "Zenit"ə transfer olunan braziliyalı futbol ulduzu Hulk, xoşagəlməz durumla qarşı-qarşıya qalıb. Siasport.az saytı xəbər verir ki, braziliyalı forvardın bacısı Braziliyada zorakılığa məruz qalıb. Rusiyanın "Ria Novosti" agentliyi "Globoesporte.com"a isitinadən xəbər verir ki, 22 yaşlı Angelica Vieira, oğlan dostu Elio Pereira da Silva ilə görüşmək üçün restorana gedib və həmin zaman naməlum şəxslər tərəfindən zorla maşına oturdularaq qaçırılıb. Hazırda Braziliya polisi hadisə ilə bağlı ciddi tətqiqata başlayıb.