"Logitech" şirkətinin hazırladığı standart dizayn və düzülüşə malik K310 klaviaturasını axar su ilə yumaq mümkündür. Üstəlik, klaviatura elə quraşdırılıb ki, yuyulma zamanı onun daxili komponentlərinə heç bir zərər dəymir.
Klaviaturanın alt hissəsindəki xüsusi dəliklər vasitəsilə su və yığılmış çirk korpusdan xaric olur. Möhkəm örtüyə malik olduğundan klaviaturanın düymələri hətta bir neçə dəfə yuyulmadan sonra da korlanmır.
www.computery.ru saytının məlumatına görə, yeni klaviaturanın qiyməti 39 dollardır.