Ermənistan təcavüzü Finlandiya parlamentində

4 Noyabr 2012 18:13 (UTC+04:00)

Finlandiya parlamentində təcavüzlə bağlı dinləmələr olacaq

Azərbaycan-Finlandiya parlamentlərarası dostluq qrupunun təşəbbüsü ilə Finlandiya parlamentində Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzünün nəticələrinə dair qətnamə layihəsinin müzakirəsi ilə bağlı dinləmələr keçiriləcək. Dinləmələr noyabrın 6-dan 8-dək davam edəcək.Tədbirdə Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edəcək.