Son zamanlar Ermənistanın silahlanması ilə bağlı məsələnin yenidən gündəmə gəlməsi heç də təsadüfi deyil. Ermənilər dünyada geosiyasi vəziyyətin bir qədər gərginləşməsindən istifadə edərək işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənməyə çalışırlar.
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq arzusunda olmadığı açıq-aydın görünür. Ermənistan rəhbərliyi çox gözəl anlayır ki, bu yolla Azərbaycanın haqlı mövqeyini sübut etməyə ehtiyac yoxdur və əsl erməni xisləti bir daha qabarıq şəkildə özünü göstərir. Bu səbəbdən rəsmi İrəvan yeni silahlar əldə edir və eyni zamanda, danışıqlar prosesinin uzadılması üçün səylərini davam etdirir.
Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı 1997-ci il avqustun 27-də imzalanmış "Dostluq, əməkdaşlıq və qarşılıqlı müdafiə barədə" sazişlə tənzimlənir. Ermənistanın şimalında yerləşən Gümrüdə 1995-ci ildən Rusiyanın 102 saylı hərbi bazası yerləşdirilib. 2010-cu ildə İrəvanda imzalan protokola əsasən hərbi bazanın Ermənistanda dislokasiya müddəti 1995-ci ildən hesablanmaq şərtilə 49 il müddətinə uzadılmışdır. Burada ən vacib məqam ondan ibarətdir ki, Rusiya hərbi bazası Ermənistan ordusu ilə birlikdə Ermənistanın təhlükəsizliyini təmin etməyi öz üzərinə götürür. Bazada S-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları ilə yanaşı digər silah və hərbi texnika da var. Bazanın şəxsi heyəti 5 minə yaxın hərbi qulluqçudan ibarətdir. Rusiyanın Ermənistanda hərbi bazasının yerləşməsi Rusiyanın işğalçı ölkəyə himayədarlıq etməsinə imkan verir. Ermənistan isə öz növbəsində Rusiyadan əvəzsiz aldığı 1(bir) milyard dollar həcmində silah-sürsatla, silahlı qüvvələrinin təchizatı və yenidən silahlanması məqsədilə qanunsuz hərbi layihələri həyata keçirməklə Avropada Adi Silahlar Haqqında Sazişlə müəyyənləşmiş balansı kobud surətdə pozmaqla məşğuldur. Ermənistanın davam etdirdiyi bu siyasi-hərbi kurs isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həllinə və həmçinin Cənubi Qafqazda sabitliyə təhlükə törədir.
"The İnternational İnstitute for Strategic Studies" təşkilatının məlumatlarına görə, 2006-cı ildə Ermənistan Rusiyadan 8 ədəd P-17 markalı operativ-taktiki raket kompleksi qurğusu və onun üçün 500 kilometr məsafəni vura bilən 32 raket, çoxlu sayda minaatan alsa da, İrəvan hakimiyyəti bunu rəsmən etiraf etməyib.
2008-ci ildə Rusiyanın 102 saylı hərbi bazasını və Ermənistanın hava hücumundan müdafiə qoşunlarını əlavə olaraq daha bir neçə "S-300" zenit kompleksi ilə təchiz etməsinə və eyni zamanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Moskvada rusiyalı həmkarı Anatoli Serdyukovla görüşü zamanı iki ölkə arasında 500 min dollar həcmində hərbi yardımla bağlı müqavilənin imzalandığına dair məlumatlar üzə çıxmışdı. Bu zenit-raket komplekslərinin bazar dəyəri Ermənistanın hərbi büdcəsindən dəfələrlə çoxdur. Mətbuatda həmçinin Rusiyanın Gürcüstan ərazisində ləğv edilmiş hərbi bazalarına məxsus silah-sürsat və texnikanın hissə-hissə Ermənistana yerləşdirilməsi haqda da məlumatlar yayılmışdır.
Ermənistanın ordusu elə bir vəziyyətdədir ki, indi onun müharibə aparmaq və qalib gəlmək üçün şansı heç yoxdur. Ölkədə miqrasiya sürətlə artmaqdadır ki, bu da bir növ orduda əsgərin azalması deməkdir. Respublika rəhbərliyi bütün bunları nə qədər gizlətməyə çalışsa da hal-hazırda Ermənistanın belə bir fəlakətlə üzbəüz qalması həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Bütün bunların fonunda erməni xalqının öz ordusuna münasibəti tamamilə dəyişmişdir. Onların orduya inamı və etimadı azalmışdır. Bu münasibətin pozulması, nifrətin yaranması nəticəsində 2008-ci il martın 1-də həmin ordu öz xalqına qarşı silah işlətdi. Təbii hamıya məlumdur ki, respublikada ordu kimə tabedir və kimlər orduya atəş açmaq əmri verməyə qadirdir.
Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasından Ermənistan Müdafiə Nazirliyinin sərəncamına silah, hərbi sürsat, texnika və avadanlıqların verilməsi əslində Azərbaycan oxucusunda o qədər də təəccüb doğurmamalıdır. Ermənistanla Rusiyanın hərbi-texniki əməkdaşlığı hamıya çoxdan məlumdur. Ermənistan hökumətinin apardığı hərbi-siyasi kursun əsas məqsədi budur ki, bölgədə hərbi-siyasi tarazlıq İrəvanın lehinə dəyişsin və Ermənistan Azərbaycan üzərində üstünlük qazansın. Ermənistanın yeni hərbi doktrina layihəsində qeyd edilir ki, xarici həmləyə qarşı cavab tədbirlərini erməni ordusu təkbaşına həyata keçirə bilməz, bundan ötrü güclü dost dövlətlə əlaqənin olması zəruridir. Çox güman ki, güclü dost dövlətlə əlaqə dedikdə ermənilər hər zaman olduğu kimi – yaltaqlıq, hiyləgərlik və oğurluq siyasətini əsas tutaraq bu dövlətdən istifadə etməyi nəzərdə tutmuşlar. Necə ki, bir zamanlar İsveç şərqşünası Adam Mets ermənilər haqda söyləmişdir: "Dərisi аğ qullаrın ən pisi еrmənilərdir. Аbır-həyаlаrı yоxdur, оğurluqlаrı оlduqcа məşhurdur. Оnlаr yаlnız dəyənək və qоrxu аltındа yаxşı işləyirlər".
Cənubi Qafqaz regionun digər dövlətləri Azərbaycan və Gürcüstanla müqayisədə Ermənistan MDB çərçivəsində hərbi əməkdaşlığın müxtəlif institutlarında daha fəallıq göstəririr. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr 2008-ci ildən Rusiya silahı və texnikasını Rusiyanın daxili qiymətləri ilə alır. Rusiya ilə Gürcüstan arasında baş vermiş məlum avqust hadisələrindən sonra Moskvanın İrəvanla daha sıx hərbi əməkdaşlıq qurmaq niyyətində olması şübhə doğurmur. Belə olan təqdirdə, Ermənistan reallığı onun Rusiyanın Cənubi Qafqazda yeganə forpostu olduğu haqda mülahizələrin nəzəriyyədən praktikaya doğru dəyişdiyini göstərməkdədir.
BMT-nin Adi Silahların Reyestrinə (United Nations Register of Conventional Arms) dair illik rəsmi hesabatında Ermənistanın adı öz ordusu üçün silah alınmasına dair məlumatları açıqlamayan və ya gizli saxlayan ölkələr siyahısına daxil edilib. Təkcə bu fakt Ermənistanın hərbi sahədə şəffaflığa dair BMT prinsiplərinə riayət etməməsini və region üçün birbaşa təhlükə mənbəyi olmasını təsdiqləyir.
Son illər Rusiya və Ermənistan arasında hərbi əməkdaşlıq yenidən intensivləşib. Bunun Azərbaycanın hərbi qüdrətinin güclənməsi fonunda baş verməsi isə, ekspertlərə görə təsadüfi deyildir. Onlar hesab edirlər ki, Rusiya Ermənistanı silahlandırmaqla Azərbaycanla hərbi tarazlığı saxlamağa, bununla da hərbi əməliyyatların başlanmasından çəkindirməyə çalışır. Eyni zamanda İrəvan Tehran münasibətlərini də diqqətdən çıxartmaq olmaz. Çünki son illərdə Ermənistanın sıx əməkdaşlıq etdiyi qonşu dövlətlərdən biri də məhz İrandır. Ekspertlər hesab edirlər ki, Tehran Ermənistanla Azərbaycan arasında hərbi balansın saxlanmasında və Dağlıq Qarabağ münaqişəsi zonasında status-kvonun qorunmasında olduqca maraqlıdır.
2007-ci illə müqayisədə 2008-ci ildə rus hərbi texnikasına sifariş paketinin həcmi iki dəfə artmışdır. Rusiyanın tərəfdaş ölkələrə daxili bazar qiymətləri ilə silah satdığını, həmin ölkələrin Ermənistan və Belarus olduğunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baş katibinin müavini Valeri Semerikov demişdir. O, eyni zamanda bildirib ki, silah-sürsatın böyük hissəsi tərəfdaş ölkələrə ödənişsiz qaydada verilib.
Cari ildə Ermənistan Rusiyadan "Orsis T-5000"adlı snayper tüfəngi alıb. Snayper tüfənginin istehsalçısı olan "Promtexnologiya" şirkətindən verilən məlumata görə, Ermənistan bu silahın ilk xarici alıcısıdır. Bu silahdan 7,62x51 çaplı güllələrlə 800, 8,6x70 mm çaplı güllələrlə isə 1600 metr məsafədə hədəfləri dəqiq vurmaq mümkündür. Yəqin ki, rəsmi İrəvanın bu tüfəngi almaqda məqsədi ölkənin hərbi sürsat siyahısını genişləndirmək deyildir. Bəlkə bu tip silahlar Dağlıq Qarabağda öz doğma yurd-yuvaları uğrunda mübarizə aparan Azərbaycan ordusuna və ya eyniylə 2008-ci ilin martında olduğu kimi hakimiyyətə etiraz edən yerli əhaliyə qarşı istifadə olunması məqsədilə əldə edilmişdir?
Yaxın gələcəkdə Ermənistanda silah istehsal edəcək 9 rus-erməni müştərək müəssisəsi açılacaq. Bu barədə Ermənistan KİV-inə Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib. A. Baqdasaryan deyib ki, Azərbaycanla hərbi balansı saxlamaq üçün Ermənistan öz hərbi arsenalının adekvat gücləndirilməsini həyata keçirir.
ABŞ-da yerləşən İmagery intelligence (IMINT) – hərbi analiz mərkəzi Rusiya və Ermənistanın regiondakı hava hücümundan müdafiə sistemlərinin peykdən şəkillərini yeniləyib. Mərkəzin mütəxəssisi Şon O’Konnor deyib ki, "şəkillər Ermənistan və Abxaziyada yeni S-300 komplekslərinin yerləşdirilməsinə dəlalət edir. 2011-ci ilin şəkillərinə əsasən Gorus bölgəsində hal-hazırda bir neçə zenit-raket kompleksi yerləşdirilmişdir. Bu komplekslərin orada yerləşdirilməsi Rusiyaya Ermənistan və Dağlıq Qarabağ ərazisinin hava məkanını tamamilə öz nəzarətində saxlamağa imkanı verir".
Ara-sıra erməni məmurlar öz çıxışlarında "Rusiya bizim nazımızla oynamasa, onu Qərbə dəyişə bilərik" mesajını verirlər. Eyni zamanda, Rusiya və Ermənstan prezidentləri arasında münasibətlərin pozulması barədə məlumatlar da gündəmə gəlməkdədir. Belə ki, Ermənistanın müstəqillik günü ilə bağlı V.Putinin təbrik məktubunun Sarkisyanın rəsmi saytında yerləşdirilməməsi faktını bəzi mətbuat orqanları xüsusən vurğulayırlar.
Sarkisyan isə daxili sosial problemlərin səbəbini hökumətdəki boşluqlarda, apardıqları daxili və xarici siyasətdə yox Azərbaycanda axtarmağa çalışır. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan cari ilin birinci yarısında Ermənistana daxil olan xarici investisiyaların ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azaldığını qeyd etmişdir. İnvestorların Ermənistandan uzaq durması respublika daxilindəki vəziyyətin, sülh və təhlükəsizlik şəraitinin daha dəqiq desək rəsmi İrəvan rəhbərliyinin apardığı "uzaqgörən" siyasətin nəticəsidir. Beynəlxalq ictimaiyyət çox yaxşı bilir ki, Sarkisyan bir tərəfdən hakimiyyətdə qalmaq üçün münasibətlərdə manevrlərə əl atır, digər tərəfdən isə narahatlıq keçirir ki, Köçəryan başda olmaqla keçmiş silahdaşları onu devirə bilər. Bütün bu baş verənlərin başında isə ancaq bir səbəb durur o da ki, "məhəbbətdir". Lakin bu "məhəbbət" hamının bildiyi və hiss etdiyi vətən, torpaq, xalq "məhəbbəti" yox hakimiyyət "məhəbbətidir".
Asif Babayev