Məhkumlar həbsxanalardakı dözülməz şəraitə etiraz edirlər
Ermənistanda məhkumlar həbsxanalardakı dözülməz şəraitə etiraz edirlər. Ermənistan mətbuatının verdiyi məlumata görə, məhkumlar 22 oktyabrdan aclıq aksiyası keçirirlər.
Onlar bu barədə yazılı şəkildə henaran.am saytının redaksiyasına məktub da göndəriblər. Zərfdə həmçinin məhkumlardan birinin kəsilmiş çeçələ barmağı da olub.
"Qanuna görə, bizim qan təzyiqimizi gün ərzində 2-3 dəfə ölçməlidirlər. Ancaq mən iki gündür ki, burdayam ancaq həkim üzü görməmişəm. Burada daha iki oğlan ağzını tikib. Əgər sabah məhkəmə mənim üzərimdən ittiham maddəsini götürməsə barmağımı kəsərək prokurora göndərəcəm", - deyə məktubda deyilir.