Dünən Nobel qardaşlarının Bakıdakı Ev-muzeyi "Villa Petrolea"da "Ədəbi Nobel antologiyası" ictimaiyyətə təqdim olunub. "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşkil etdiyi təqdimat mərasimində Nobel ailəsinin üzvləri, millət vəkilləri, tanınmış ziyalılar, Qazaxıstan və Belorusun Azərbaycandakı səfirləri, Almaniya səfirliyinin nümayəndələri, ədəbi ictimaiyyətin və KİV-in təmsilçiləri iştirak edirdi.