Yeni “Əlincə qalası” FOTO

24 Oktyabr 2012 15:59 (UTC+04:00)

Gənc Tamaşaçılar Teatrında yazıçı Dilsuz Mustafayevin Azərbaycan Xalq nağılı "Əlincə qalası" əsasında qələmə aldığı eyniadlı pyesin premyerası olacaq. SİA-nın məlumatına görə, Azərbaycan qadınının ağlı və məntiqi ilə Vətəninin qorunması yolunda qəhrəmanlığından və qeyri-adi cəsarətindən bəhs edən "Əlincə qalası" tamaşası yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda böyüyüb tərbiyə olunmasına həsr olunub. Premyera oktyabrın 26-da, saat 15.00-da baş tutacaq.

Bir hissəli əfsanəvi nağıl tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı əməkdar incəsənət xadimi Aydın Əzimovdur. Yeni səhnə əsərində rəqslərin quruluşu isə aməkdar artist Sənan Hüseynliyə məxsusdur.

Tamaşada rolları xalq artistləri- Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər- Gülər Nəbiyeva, Atabala Səfərov, Seyidşah Məmmədov, Nofəl Vəliyev, aktyorlar Simuzər Ağakişiyeva, Rəzzaq Məmmədov, Qədirhüseyn İsmayılov, Rövşən Abbasov, Vüqar Məmmədəliyev, Məhərrəm Musayev, Sona Babayeva, Məsumə Babayeva, Araz Pirimov və başqaları ifa edəcəklər.