Afərin, malades!

19 Oktyabr 2012 19:49 (UTC+04:00)

Cəhənnəmə gedən özünə yoldaş axtarar. Bu atalar sözü bu gün "palata"sı dağılan və "qoşa həmkar"lığı baş tutmayan AXCP sədri Əli Kərimlinin əməlləri ilə uyarlıq təşkil edir. O, "palata"da sığındıqdan sonra AXCP üzrə həmkarlarının hücumundan tamamilə sığorta olunduğunu düşünürdü. Odur ki, kepkasını qabağına qoyaraq, "dağıntıya dağıntı" nər liderin işidir deyib, başladı bədxahlarına badalaq gəlməyə.

Ə.Kərimli kimdən başlamağı götür-qoy etdiyi bir vaxtda Rəsul Quliyev tərəfindən "ACP"-yə sədr təyin edilən Sülhəddin Əkbər çıxdı. Sülhəddin bəy dedi ki, partiya lideri Rəsul bəy məni kömək üçün sənin qapına göndərib. Ə.Kərimli də etməyib tənbəllik soruşdu ki, nə səbəbə İsa Qəmbərə yox, mənə müraciət edibsən, axı sən ömrünün yarısını onunla keçiribsən?! Sülhəddin bəy də əvvəl əllərini gözlərinin üstünə qoyub "bəçeşm" mərasimini icra etdikdən sonra, onu yaxşı tadığıma və etibarsızlığını bildiyimə görə sənə üz tutmuşam dedi. O, R.Quliyevin də İ.Qəmbərlə işləmək istəmədiyini və "Demokratik Sabitlik İttifaqı"ndakı əməlinə görə peşman olduğunu xüsusi xatırlatdı. Ə.Kərimli də yadına saldı ki, o vaxt R.Quliyev AXCP sədri (yəni onunla) birlikdə Etibar Məmmədovu dəstəklədikdən sonra, İ.Qəmbər tərəfə keçmişdi. Aradan xeyli vaxtın keçməsinə baxmayaraq, Ə.Kərimli bu üzrxahlığı qəbul etdi.

Ə.Kərimli R.Quliyev kartını ehtyatda saxlayıb, Vaxtında bunu qəfildən İ.Qəmbər əleyhinə yönəldəcəyini qət etmişdi. Bundan sonra R.Quliyevin "AXCP" arabası ilə İöQəmbəri yox, onu müşayiət edəcəyinə S.Əkbərdən daşdan keçən zəmanət almışdı. Bütün müxalifətin vahid namizədi olmaq haqda keçən zəmanət almışdı. Bütün müxalifətin vahid namizədi olmaq haqda bəyanatını da bu inamından çıxış edərək vermişdi. "Palata"da isə İ.Qəmbərin qulağına pıçıldamışdı ki, R.Quliyevi özünün "ACP" arabaçısı ilə birlikdə Xəzərə yuvarlayacaq. Bu da "tutar qatıq, tutmaz ayran" ikibaşlı oyunun bir təzahürü kimi başa düşülməlidir.

Ə.Kərimli başında Mirmahmud Mirəlioğlunun oturduğu KXCP-nin varlığını heç cür həzm edib sinirə bilmirdi. Odur ki, vaxtilə cangüdəni olmuş Fikrət Cəfərova göz vurdu ki, sədr istirahətə gedən kimi KXCP-nin boğazını "kıxxx" etsin. O, dərhal KXCP-də müavin işləyən Qaya Əliyevə müraciət etdi. Bəxtindən bu Qaya da gildən yox, qumdan düzəldildiyi üçün Fikrətin təklifini qəbul etdi. Hər ikisi birləşdikdən sonra başlarına adam yığıb partiya daxilində "Demkoratik Birlik" fraksiyası yaradıb sədrin vəzifədən uzaqlaşdırılması tələbi ilə çıxış etdilər.

İstirahətdən tələsik qayıdan Mirmahmud ağa yığıncaq toplayıb Qayanı tutduğu vəzifədən azad etdi. Ancaq F.Cəfərov, Rafiq Abdulla, Ədalət Yusubov, Rüfət Sahiboğlu, Aydın Mədətoğlu və digər franksiya üzvləri Qayadan bərk yapışdıqlarını deyib, sədrin təcili istefa verməsini gözlədiklərini bildirdilər. M.Mirəlioğlu növbəti mitinqdə Ə.Yusubovu, o birisində R.Abdullanı, üçüncüsündə F.Cəfərovu partiya sıralarından xaric etdiyini bəyin etdi. Həmkarlar sədrə xorla dedilər ki, biz artıq KXCP-nin yox, fraksiyanın üzvləriyik, yolumuz da Əli Kərimli AXCP-sinədir.

Ə.Kərimlinin fitnəsi ilə hərəkət edən KXCP-daxili fraksiya bu gün M.Mirəlioğlu üçün ciddi baş ağrısına çevrilib. KXCP-nin əksəriyyəti və ya bir qismini AXCP-yə cəlb etmək istəyən Ə.Kərimli yəqin ki, indi də "DB" vasitəsilə "Yurd"dakı əleyhdarlarını zərərsizləşdirmək xəyalına düşüb. Çox uzaqgörən plandır. AXCP sədrində fərasətə bax e, İ.Qəmbər qarışıq hamını barmağına dolayıb. Sözümüz yoxdur, afərin, malades!