Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.