Cəlilabadda heç bir məktəbin tipi dəyişdirilməyib TƏKZİB

16 Oktyabr 2012 14:17 (UTC+04:00)

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Cəlilabad rayonu Təzəkənd kənd tam orta məktəbinin tipinin dəyişdirilib ümumi orta məktəbə çevirilməsi barədə məlumatlar yayılıb. SİA-nın Cənub bürosunun əməkdaçı bununla əlaqədar olaraq rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb.

Təhsil şöbəsindən bildirilib ki, ümumiyyətlə, Cəlilabad rayonunda heç bir məktəbin tipinin dəyişdirilməsinə təşəbbüs göstərilməyib. Təzəkənd kənd tam orta məktəbi isə öz əvvəlki qaydasında 2012/2013-cü dərs ilində tam orta məktəb olaraq fəaliyyət göstərir.

2011/2012-ci dərs ilində Təzəkənd kənd tam orta məktəbininin 12 nəfər IX sinif şagirdindən 1 nəfəri (Nağıyeva Mahizər İlqar qızı) Astara Pedaqoji Texnikumuna, 2 nəfəri müraciət edərək yaxınlıqda yerləşən Alar kənd tam orta məktəbinin X sinfinə keçməsini xahış edib. Hal-hazırda Təzəkənd kənd tam orta məktəbinin X sinfində 9 nəfər şagırd oxuyur. Məktəbin XI sinfində isə hazırda 12 şagird öz təhsilini davam etdirməkdədir.

Bir daha bildiririk ki, məktəbin tipinin dəyişdirilməsilə bağlı yayılan yazılar yalan, böhtan və heç bir əsası olmayam məlumatlardır.