Hollandiya millisi sensasiyaya imkan vermədi

13 Oktyabr 2012 14:31 (UTC+04:00)

2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatı çərçivəsində dünən Andorra yığmasını qəbul edən Hollandiya millisi, rəqibinə sensasiya yaratmağa imkan verməyib. Siasport.az saytı xəbər verir ki, D qrupunda yer alan "portaqallar", rəqibini 3:0 hesabı ilə məğlub edərək, qrupdakı mövqelərini bir qədər də möhkəmləndirib.