Amerika Xərçəng Dərnəyi və John Hopkins Xəstəxanasının apardığı ortaq araşdırmada pəhrizin meydana gətirdiyi xəstəliklərin rənglərla yaxın əlaqəsi olduğu ortaya çıxıb. Tərəvəz və meyvələrlə zəngin pəhriz xərçəng və xroniki xəstəlik riskini azaldır. Ağlar xolesterolu azaldarkən, bənövşəyi rənglər xərçəng və yaddaşda çox təsirlidir.
Aparılan son araşdırmalar nəticəsində məlum olub ki, gündə 5 və daha artıq rəngli meyvə-tərəvəz istehlakı sağlam həyat üçün çox əhəmiyyətlidir. Belə ki, meyvə-tərəvəzlərin təmin etdikləri vitamin və minerallar (lifli qidalar) sağlamlığı təmin etdir, yaşlanmanın səbəb olduğu təsirlərin qarşısını alır, xərçəng və ürək xəstəlikləri riskini azaldır.
Ağ qidalar
Ağ rəngli qidalar LDL xolesterolunu azaltmaqla, ürək xəstəlikləri riskini azaldır. Banan, armud, gül kələm, sarımsaq, soğan, göbələk, kartof kimi ağ rəngli qidaları istehlak edərək ürək xəstəlikləri riskinizi minimuma endirməniz mümkündür.
Mavi və bənövşəyi
Mavi və bənövşəyi rəngli qidalar təsirini ən çox yaddaş üzərində göstərir. Bu rəngdəki qidalar bir çox xərçəng növünə (başda prostat xərçəngi olmaq üzrə) tutulma riskini azaldır. Qan dövranı sisteminin qorunmasına və sağlam yaşamağa da kömək edir. Ərik, qara üzüm, badımcan, böyürtkən, əncir, kələm kimi qidaları tez-tez istehlak etməyə diqqət edilməsini mütəxəssislər xəbərdarlıq edir.
Sarı və narıncı
Sarı və narıncı rəngli qidalar immunitet sisteminin güclənməsini təmin edir. Göz və ürək xəstəliklərinə qarşı qalxan meydana gətirir. Portağal, şaftalı, manqo, qovun, kök, ananas, üzüm, balqabaq, ərik, sarı alma, qarğıdalı bu rəng qidalar arasındadır.
Yaşıl qidalar
Yaşıl rəngli qidalar sümükləri qoruyur, dişləri gücləndirir, göz sağlamlığına zərər gəlməsinin qarşısını alır. Bəzi xərçəng növlərinə tutulma riskini də azaldır. Yaşıl rəngli qidalar arasında kivi, ispanaq, gül kələmi, kahı, kələm, avokado, yaşıl alma, xiyar, bibər, təzə soğan, roka kimi qidalar iştirak edir.
Qırmızı qidalar
Pomidor, qırmızı alma, çiyələk, qarpız, albalı, turp kimi qırmızı qidalar sağlamlıq cəhətindən olduqca əhəmiyyətlidir. Qırmızı rəngli qidaların psixi xəstəliklərdən qorunmaqda baş rolu oynadığı artıq sübut edildi. Qırmızı qidalar, ürəyin qan axınını təşkil edir və sidik sistemi sağlamlığını da qoruyur.