Dünən "Turan"dan istefaya göndərilən Əsgər Abdullayev klub prezidenti Yaşar İbrahimovun onunla bağlı fikirlərinə münasibət bildirib. Siasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis açıqlamasında hələlik bununla bağlı danışmaq istəmədiyini deyib: "Yaşar İbrahimovun dediklərini mətbuatdan oxumuşam. Amma hələ ona cavab vermək istəmirəm. Bu, sonranın söhbətidir".
Qeyd edək ki, dünən açıqlamasında Ə.Abdullayevi məsuliyyətsizlikdə günahlandıran Y.İbrahimov onun yaxşı rəhbər olmadığını söyləmişdi.//Sportal.az