Erməninin gücü Atatürkün büstünə də çatmadı

9 Oktyabr 2012 12:49 (UTC+04:00)

Dünən internetdə "qurdalanarkən", anidən əcaib, əsl erməniyə xas olan daha bir hadisə haqqında informasiya oxudum. Ermənilər Macarıstanın paytaxtında - Kispert bələdiyyəsi tərəfindən türk dünyasının tarixi öndəri Mustafa Kamal Atatürkün xatirəsinə hörmət əlaməti olaraq qoyulmuş büstün üzərinə qırmızı boya töküblər. Və bu xəbər məni həqiqətən də hiddətləndirdi. Hiddətləndirdi ona görə ki, Andranik kimi qulağıkəsik "qəhrəmanı" olan bir mənşəyibilinməz millətin bu hadisəni törətməyə cürətləri çatıb. Əslində bu "cürət", bu "güc" ermənilərdə yoxdur və olmayacaq da! Baş verən olay, sadəcə bir qorxaqlığın, bir ləyaqətsizliyin timsalıdır. Mənşəyibilinməz bu millət türkün daşdan yonulmuş heykəlindən belə, qorxur! Qorxur və öz səviyyəsizliyini bu cür izhar edir.

Türk milləti düşmənçiliyi kişi kimi aparır

Təbii ki, hadisənin baş verməsi arxasında türk-azəri dünyasının fəxri Ramil Səfərovun şərəf faktoru, onun azadlığa qovuşması amili dayanıb və Macarıstan dövlətinin haqlı, ədalətli qərar qəbul etməsini həzm edə bilməyən ermənilər öz çirkin niyyətlərini reallaşdırıblar. Yəni öndər Atatürkün büstünü təhqir ediblər. Ermənistanın rəsmi şəkildə Macarıstanla diplomatik əlaqələrini kəsməsi də onların gücsüzlüklərinin, qorxaqlıqlarının bariz göstəricisidir. Çünki ermənilər heç vaxt həqiqətlə barışmayıblar. Barışmadıqlarına görə də ən iyrənc metodlarla öz xislətlərini, xəbisliklərini, nəhayət murdarlılqlarını sözügedən üsullarla sərgiləyirlər.

Və sual oluna bilər ki, nəyə görə özünü türk hesab edən ən qatı millətçilər, ən sağmeyilli fərdlər belə, ermənilərin qondarma qəhrəmanlarının – qulağıkəsik Andranikin, Sasunlu Davidin və digərlərinin heykəllərinə qarşı adekvat addımlar atmırlar, onların üzərinə boya hücumu etmirlər? Bu sualın cavabı belədir ki, özünü türk hesab edən kəs, belə alçaqlığa, belə qorxaqlığa, belə rəzilliyə və şərəfsizliyə getməz, yenə də getməz! Türk düşmənçiliyini kişi kimi, mərdü-mərdanə aparır, daha heykəllərlə, büstlərlə mübarizə aparmır! Bax, budur həmin sualın cavabı.

Türkün çizmələrini yalayıb, üzr istəyiblər

Bu baxımdan, söyləmək lazımdır ki, ümummilli, siyasi, diplomatik və digər məsələlərdə eyni amilləri, eyni fikirləri bölüşən Azərbaycan Türkiyə qardaşlığı da ermənilərin onsuz da olmayan keflərinə kifayət qədər soğan doğrayıb. Sabah isə belə soğanlar daha çox doğranacaq. Ta o vaxta kimi ki, mənfur millət dizin-dizin sürünüb, törətdikləri alçaqlıqlara, rəzilliklərə görə həm Azərbaycandan, həm də Türkiyədən üzr diləyəcək. Ancaq onu da deyim ki, belə üzristəmələr tarixən baş verib. Yəni ermənilər türk torpaqlarına köç etdikdən sonra dəfələrlə müxtəlif səpgilərdə namərdliklər törədiblər. Ancaq həmin namərdliklər üzə çıxdıqdan sonra türkün çizmələrini yalayıb, üzr istəyiblər. Ona görə də bu gün Atatürk kimi tarixi önəmli şəxsiyyətin büstündən qorxan ermənilərin hər üzristəmə prosedurlarından sonra yenidən buynuz çıxarmayacaqlarını heç kim proqnozlaşdıra bilməz. Əgər bir "millətin" mənşəyi yoxdursa, məzhəbi, dini-imanı da oğurluqdursa, demək o varlıqlara millət anlamı aid deyil. Onlar sadəcə parazit bioloji varlıqlardırlar, başqa heç nə!