Azərbaycanlı modelyer Fikrət Əliyevə Türkiyənin tikiş fabrikindən maraqlı təklif gəlib. SİA-nın məlumatına görə, modelyerin əməkdaşlıq etdiyi tekstil fabriki onu yüksək qonararla İstanbula işləməyə dəvət edib.
Modelyer bütün maddi təlabatlarını ödəyəcək bu təklifi qəbul etməyib. Ancaq buna baxmayaraq Türkiyədə işgüzar səfərdə olan Fikrət, fabrikin bir neçə sifarişini də yerinə yetirib. Modelyer elə Türkiyədə eksklüziv gəlinlik libası da hazırlayıb,
Fikrət tək bununla kifayətlənməyib. O, öz yeni eskizlərini də təqdim edib. Payız mövsümünə həsr olunan bu geyim cizgiləri tezliklə "Payızın rəngi" ("Xəzəl") adı altında maraqlı libaslara çevriləcək.