Bir neçə vaxt öncə Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edən dünya şöhrətli Cennifer Lopez artıq rusiya tamaşaçılarını sevindirməyə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müğənni noyabr ayında Sankt-Peterburq və Moskva şəhərlərində konsert proqramı ilə çıxış etməyi planlaşdırır.
Lopezi iki uşağı- Maks və Emmo ilə yanaşı gənc sevgilisi Kasper Smart da müşayiət edir. Müğənni ilə birgə 90 nəfər işçi heyyəti də konsertdə hazırlaşır.
Jurnalistlər dünya ulduzunun qeyri-adi tələblərindən də yazır. Xəbərdə bildirilir ki, kaprizli müğənni ağ qrim otağı və fərqli kreslo istəyir. Bununla yanaşı, o uşaqları üçün hamam xələti və bədən dəsmalı tələb edir. Ancaq xələtin özəlliyi olmalıdır. Onun üzərində heyvan şəkilləri ilə yanaşı ulduzun uşaqlarının adı da rəngli saplarla tikilməlidir.