Çörəyin cəzası yaman pis olur

8 Oktyabr 2012 18:00 (UTC+04:00)

Xalqımızda çox gözəl bir adət var. Böyüklər həmişə kiçiklərə nəsihət edərlər ki, yerdə çörək parçası görəndə onu qaldırıb öpmək və uca bir yerə qoymaq lazımdır. Bizdə əsl dostluğu da çörək kəsməklə başlayır, and içəndə də çörəyə and içərlər. Bütün bunlar göstərir ki, xalıqmız çörəyə müqəddəs bir nemət kimi, bərəkət kimi qiymət verir və onu uca tutur.

İnsanlara çörək qədər olan başqa olan bir nemət yoxdur. Azərbaycan xalqı ən qədim zamanlardan çörəyə ehtiramla yanaşmış, evinə ən əziz qonaq gələndə onu duz-çörəklə qarşılamışdır.

Çörək əvəzedilməz nemətdir. Hər yerdə süfrəyə birinci çörək gətirirlər. Çünki çörək süfrənin şahıdır. Çörəksiz ən böyük qonaqlıq da insanı doydura bilməz. Çörək elin varı, elin sərvətidir. Çörəyə xor baxmaq, onu ayaq altda atmaq, tullamaq, diz üstdə bölmək ən böyük günah sayılır.

Hər kəsin imtina edə bilməyəcəyi qida çörəkdi. Təbii ki, ən az gündə bir dəfə çərək yeyirik ən sağlam hesab ettiyimiz təhlükəsiz olan qida. Bu qidanın keyfiyyəti mühimdir. Çünki, qida rasionumuzun əsasını təşkil edən çörək keyfiyyətsiz olan zaman orqanizm üçün təhlükəli olur. Bu səbəbdən İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörəyin istehlakçılara keyfiyyətli şəkildə çatdırılması, daşınması, saxlanması, qablaşdırılması və s. kimi məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirir. Çörəyə əl vurmaq yolverilməzdir. Mağazalar alıcıların çörək və çörək məmulatlarını seçmələri üçün xüsusi maşalarla təmin olunmalıdır. Çörək məmulatlarının yaxşı və təzə qalması üçün onların üstü örtüklə örtülməlidir. Amma mən hələ bu qaydalara riayət edən mağaza görməmişəm. Hətta bir mağazadan içəri daşınan çörəklərin neçə dəfə yerə düşməsinin şahidi olmuşam. Bu günsə süfrədəki çörəyin hansı keyfiyyettə olduğunu bir daha gördüm. Bəzi ölkələrin vətəndaşları acından öldüyü halda bizimkilər çörəyə belə hörmətsizlik edirlər. Çörək və çörək məmulatları məcburi sertifikatlaşdırılmalı olan ərzaq məhsuludur .Yol kənarında maşın tüstüləri arasında tikilən təndirxanaları kim sertifkatlaşdırır? Sertifkatlaşırsa bu natəmiz şəraittə niyə buna yol verilir? Sualımı cavablandırmağa bir məsul şəxs axtardım, tapmadım. Ümid edirəm ki, steril şəraittə işləyən zavodlarda var. Ən azından illərdir müqəddəs sayılan nemətə hörmət edən tapılar məncə. Bizim bir çox qanunlar kimi, bu qanunlarda kağız üzərində qalır. Sözüm budur ki, əziz zavod rəhbərləri 1-2 manat artıq olacaq deyə camaatın çörəyi ilə oynamayın. Çünki çörəyin günahı yaman pis olur!