MTRŞ qərarını verdi

4 Oktyabr 2012 09:47 (UTC+04:00)

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Kanal S" MMC-nin, "Yevlax TV" MMC-nin regional televiziya yayımı üçün, "AzHiNet" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən "Kanal S" MMC-nin və "Yevlax TV" MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.

Lakin "AzHiNet" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasından imtina edilib.