Ağdam Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində uşaq, yeniyetmə və gənclər arasında taekvondo üzrə açıq rayon birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, "İdman ili" çərçivəsində taekvondo idman növünün kütləviliyinin artırılması, idmançıların qarşıdakı yarışlara hazırlanması və dostluq əlaqələrinin yaradılması məqsədilə keçirilən yarışda 9 rayonun komandası mübarizə aparıb.
Yarışın yekununda qaliblər mükafatlandırılıblar.